Sahibkarlardan etiraz: `İcarə haqları endirilsin` - FOTO

Metronun "28 may" stansiyasının yeraltı keçidlərində ticarətlə məşğul olan sahibkarlar icarə haqlarının yüksək olması ilə bağlı etiraz ediblər. Satıcılar alıcılığın zəif olması ilə əlaqədar gəlirlərinin azalmasını nəzərə alaraq, icarə haqlarının endirilməsini tələb ediblər.  
 
Satıcılar bu barədə musavat.com-un əməkdaşına danışıblar. Adının çəkilməsini istəməyən satıcı verilən vədin yerinə yetirilməyəcəyi təqdirdə, yuxarı instansiyalara müraciət edəcəklərini deyib: "Təqribən 50 satıcı rəhbərliyə icarə haqlarını ödəyə bilməyəcəyimizi bildirdik. Mağazaların icarə haqları 2500-5000 manat arasındadır. Dolların bahalaşmasından sonra alver yoxdur, müştəri qıtlığı var. Bu səbəbdən də günbəgün müflisləşirik. Satıcılar arasında narazılıq çoxdan var idi. Yanvarın 11-də 50-yə yaxın satıcı toplaşaraq, etirazımızl bildirdik. Alver olmadığı üçün bu addımı atmağa məcburuq. Bizə "yaxşı olacaq", "nəzərə alınacaq" kimi vədlər verilib. Əgər verdikləri sözü icra etməsələr, kütləvi şəkildə etiraz edəcəyik".
 
 




 

Google+ WhatsApp ok.ru