Sakinlərin bir qismi ərzağa xərcləyi pullardan xəbərsizdir

Sakinlərin bir qismi ərzağa xərcləyi pullardan xəbərsizdir

-- Sorğu 2-7 may tarixlərində

“ACT Azərbaycan” və Foodinfo.az-ın Bakı sakinlərinin bir ay ərzində ərzağa xərclədiyi pulları araşdırıb. 
 
Maide.Az xəbər verir ki, sorğu nəticəsində bəlli oldu ki, özünə korluq verməyi sevməyən paytaxtlılar arasında “ekonom rejim”də yaşayanlar az da olsa var. Sorğunun ərzaq üzrə “minimalist”ləri 100 AZN və daha az xərclə yaşayanlardır. Onlar 5 % təşkil edir.
 
Respondentlərin əksəriyyəti isə ərzağa 101-300 AZN məbləğində xərc çəkir. Bu rəyi öyrənilmişlərin təqribən üçdə birinin fikridir (30 %).
 
301-500 AZN ərzaq xərci çəkənlər sakinlərin beşdə birini (21 %) təşkil edir.
 
Təqribən hər 10 nəfərdən 1i (8%) ayda 501-700 AZN pulunu ərzağa ödəyir.
 
2% respondentin aylıq ərzaq xərci 701-900 AZN arasında dəyişir.
 
6% respondent isə ərzağa bir ay ərzində 900 AZN və daha çox vəsait ödəyir.
 
Maraqlısı odur ki, sakinlərin böyük qismi haqq-hesab məsələlərini tamamilə unudub. Belə ki, Bakı sakinlərinin 28 %-i bir ay ərzində ərzağa nə qədər pul xərclədiyindən xəbərsizdir.
 
Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
 

Google+ WhatsApp ok.ru