Salah Cerrardın rekordunu təkrarladı 04 Noyabr 2020 13:44 İdman Bu gecə UEFA Çempionlar Liqasının III turunda “Atalanta” “Liverpul”u qəbul edib. Oyun İngiltərə klubunun 0:5 hesablı qələbəsi ilə yekunlaşıb. “Stats LLC” idman məlumatları və proqnoz mərkəzinin “Twitter” səhifəsində dərc edilən məlumata əsasən, “mersesaydlılar”ın misirli futbolçusu Məhəmməd Salah klubun əfsanəvi futbolçularından biri hesab olunan Stiven Cerrardın rekorduna çatıb. Qeyd olunur ki, S.Cerrard “Liverpul”un heyətində Çempionlar Liqasının ən çox qol vuran (21) futbolçu idi. “Atalanta”ya qarşı oyunda qollardan birinin müəllifi olan Məhəmməd Salah bu göstərici ilə S.Cerrardın nəticəsini təkrarlayıb. Xatırladaq ki, M.Salah 2017-ci ildə “Liverpul”a transfer olub./ oxu.az/ Teqlər : #Salah,#Cerrardın,#rekordunu,#təkrarladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Neftçi`nin sabiq futbolçusu saxlanıldı Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi