Sağlam ictimai həyat

Sağlam ictimai həyat

İmam Sadiq (ə):

لَوْ أَنَّ النَّاسَ أَدُّوا حُقُوقَهُم لَكَانُوا عَايِشِينَ بِخَيرٍ

“Əgər insanlar bir-birinin hüquqlarına qarşılıqlı şəkildə riayət edərlərsə (ehtiyaclıların ehtiyacını ödəyərlərsə), həqiqətən də, gözəl və xeyirli həyat sürərlər.”

(“Vəsailüş-şiə”, c.6, səh.2.)

Qısa izah

Zəkat və cəmiyyətin məhrum təbəqəsinin maddi ehtiyaclarının təmini bu hədisin nümunılırindən biridir. Bu məsələ yalnız insani və əxlaqi bir məsələ deyil, həm də mühüm ictimai bünövrə, sağlam və asayişə malik cəmiyyətin onun girovunda olduğu deməkdir.

Təbəqələrarası istismar və digərlərindən zalımanə faydalanmaq məsələsinə qarşı göstərilən reaksiya və etirazlar cəmiyyəti süquta düçar olmaq və ondakı aramlığı aradan aparmaqla təhdid edir. Bunun canlı şahidi İslamın dəyərli göstərişləridir.

Dünya xalqları “haqqı” “zorakılığa” bərabər bildiyi, qoluzorlular vacibi vəzifələrini yerinə yetirmək və haqqı ödəməkdən boyun qaçırdığı zaman, həm onlar özlərini, həm də insan cəmiyyətini təhlükəyə atacaqlar.

Hazırladı: Maide.az – Maarif bölməsi

 

Google+ WhatsApp ok.ru