Sağlam olmaq və çox yaşamaq istəyən BİŞMİŞ NOXUD yesin

Sağlam olmaq və çox yaşamaq istəyən BİŞMİŞ NOXUD yesin

-- Noxudu hətta `kasıbların əti` adlandırırlar

Noxud ən qədim bitkilərdən biridir. Qurumuş noxud hətta qədim ehramlarda tapılırdı.
 
Noxudun faydaları saymaqla bitməz. Zülallarla zəngin olan noxudu hətta "kasıbların əti" adlandırırlar. Noxudun tərkibində zülallar, bir çox vacib minerallar (kalium, dəmir, kalsium, fosfor və s.), nişasta, B qrupu vitaminləri, aminturşuları, qidalı liflər və s. faydalı maddələr var.
 
Bişmiş noxud öz faydalı xüsusiyyətlərini itirmir.
 
Saglamolun.az bişmiş noxudun faydalarını təqdim edir:
 
- Həzm və mübadilə proseslərini yaxşılaşdırır
 
- Bağırsaqları şlaklar, toksinlər və s. ziyanlı maddələrdən təmizləyir
 
- Qurqqovucu təsirə malikdir
 
- Qanda xolesterolun səviyyəsini aşağı salır
 
- Damarları möhkəmləndirir
 
- Sinir sisteminə müsbət təsir edir
 
- Beyinin fəaliyyətini yaxşılaşdırır
 
- Ürəyin sağlamlığına müsbət təsir edir
 
- Piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir
 
- Xərçəng əleyhinə təsirə malikdir
 
- Qocalma proseslərini ləngidir.
 
Nəzərə almaq lazımdır ki, noxudu az miqdarda yemək tövsiyə olunur.
 

Google+ WhatsApp ok.ru