Sağlam, xəstə və ‘münib’ qəlbin xüsusiyyətləri

Sağlam, xəstə və ‘münib’ qəlbin xüsusiyyətləri

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 7-ci ayəsində buyurur:

خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ

Allah onların (kafirlərin) qəlbləri qulaqlarına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir.”

Allah kafirlərin inadkarlığı müqabilində onların qəlblərinə bədbəxtlik möhürü vurur. Qurani-Kərimdə oxuyuruq: Allah təkəbbürlü zalım fərdlərin qəlbini möhürləyir.”[1]

Başqa bir ayədə oxuyuruq: Allah bilərəkdən nəfs istəkləri ardınca gedənlərin qəlbini möhürləyər.”[2]

Bəli, ilahi möhür insanın pis seçiminin nəticəsidir. Qəlbin möhürlənməsini Allah tərəfindən səbəbsiz bir cəza kimi qəbul etmək olmaz.

Quran “qəlb” dedikdə, ruh və dərketmə mərkəzini nəzərdə tutur. Bu ilahi kitabda üç növ qəlb haqqında danışılır: sağlam qəlb, xəstə qəlb və “münib” qəlb.

Sağlam qəlbin xüsusiyyətləri

a) Allahdan qeyrisinə yer verilməmiş qəlb[3];

b) Haqq rəhbər ardınca gedən, günahdan tövbə etmiş, haqqa təslim olmuş qəlb[4];

q) Dünya sevgisinə bulaşmamış qəlb[5];

v) Allah zikri ilə aramlıq tapan qəlb[6];

d) Allah uğrunda xaşe, müti qəlb[7];

Möminin qəlbi həm Allahın zikri ilə aramlıq tapır, həm də Onun qəhrindən qorxur.[8] Möminin halı valideynini görüb aramlıq tapan, həm də onunla hesablaşan körpənin halına bənzəyir.

Xəstə qəlbin xüsusiyyətlər:

a) Allahdan qəflətdə qalıb hidayətə layiq olmayan qəlb[9];

b) Fitnə-fəsad ardınca gəzən qəlb[10];

q) Daşlaşmış qəlb[11];

v) Rəngini dəyişmiş qəlb[12];

d) Möhürlənmiş qəlb[13];

Allah-Taala Qurani-Kərimdə kafirlərin qəlbləeinin doqquz xüsusiyyətini bəyan etmişdir: inkar[14], təəssübkeşlik[15], çaşqınlıq[16], bərklik və daşlıq[17], ölüm[18], pas[19], xəstəlik[20], darlıq[21], möhürlənmiş[22].

Münibqəlbin xüsusiyyətləri

Öz səhvlərini anladıqdan sonra tövbə edib Allaha doğru qayıdan insanın qəlbi “munib” (peşman və tövbəkar) qəlb adlanır. İnsanın rəftar və danışığındakı dəyişikliklər bu qəlbin bariz xüsusiyyətlərindəndir.

Belə insanın qəlbi dəyişkəndir. Ona görə də möminlər belə dua edirlər: Pərvərdigara! Qəlblərimizi hidayət etdikdən sonra çaşqınlığa düçar etmə.”[23]

İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayəni tez-tez təkrarlayıb, özünüzü azğınlıqlardan amanda saxlayın.”[24] (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 23-cü ayənin təfsiri.)

Maide.az

 



[1] “Mumin”, 35.

[2] “Casiyə” 23.

[3] “Nurus-səqəleyn”, c. 4. s. 57.

[4] “Nəhcül-bəlağə”, x. 214.

[5] “Təfsiri-safi”.

[6] “Fəth”, 4.

[7] “Hədid”, 16.

[8] “Ənfal”, 2.

[9] “Kəhf”, 28.

[10] “Ali-İmran”, 7.

[11] “Maidə”, 13.

[12] “Mutəffifin”, 14.

[13] “Nisa”, 155.

[14] “Nəhl”, 22.

[15] “Fəth”, 26.

[16] “Tövbə”, 127.

[17] “Zümər”, 22.

[18] “Rum”, 52.

[19] “Mütəffifin”, 14.

[20] “Bəqərə”, 14.

[21] “Ənam”, 125.

[22] “Nisa”, 155.

[23] “Ali-İmran”, 8.

[24] “Təfsiri-Nurus-səqəleyn”, c.1, səh.319.

 

Google+ WhatsApp ok.ru