Saçlarım niyə tökülür? 5 BİLMƏDİYİNİZ SƏBƏB 24 İyul 2017 01:00 Sağlamlıq Saçların tökülməsi hər bir qadının ən qorxulu kabusudur. Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, saçların tökülməsi adətən hormonal pozulmalar və pis qidalanma, balanslaşdırılmamış pəhrizlərlə əlaqələndirirlər. Lakin bu xoşagəlməz halın digər daha az bilinən səbəbləri də var. 1. Stress Stress gözəl saçların ən əsas düşmənlərindən biridir. Xroniki stress saçların vəziyyətinə çox mənfi təsir edir - saçlar cansız görünür, tökülür, gec uzanır. 2. Qalxanvari vəzi xəstəliyi Qalxanvari vəzi orqanizmin bütün orqan və sistemlərinin fəaliyyətinə təsir edən hormonları ifraz edir. Bəzən müxtəlif səbəblərə görə qalxanvari vəzinin fəaliyyəti zəifləyir, hormonlar daha az miqdarda ifraz olunur ki, bu da o cümlədən saçların güclü tökülməsinə səbəb olur. 3. Qanazlığı Bu da ən yayılmış səbəblərdəndir. Qanazlığı əsasən "qadın problemi" sayılır. Qanazlığına qadınlarda kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. 4. Saç düzümləri Əgər qadın daim saçları sıx yığır, burur, müxtəlif saç düzümləri edirsə, bu saçların tökülməsinə səbəb olacaq. 5. Susuzlaşma Müasir insanlar az su içir, müxtəlif sərinləşdirici içkilər, qəhvə və s. bu kimi içkilərə üstünlük verirlər ki, bu içkilər orqanizmə ona lazım olan mayeni vermir, əksinə susuzlaşmanı daha da artırır. Gözəl saçlar və təmiz dəriyə sahib olmaq istəyirsinizsə, gün ərzində 2 l qədər adi təmiz su için. / Teqlər : #Saçlarım niyə tökülür? 5 BİLMƏDİYİNİZ SƏBƏB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Piylənmədən əziyyət çəkirsinizsə MÜTLƏQ OXUYUN Yemişin hansı faydası və zərərləri var? - ARAŞDIRMA
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir