Saçlar sağlamlıq durumunu bəlli edər

İnsanın saçına görə onun bədənin sağlamlığından danışmaq olar.

 

Əgər saçınız çox tökülürsə.

Saçların həddən artıq tökülməsinin səbəbi bədəndə dəmir azlığının və ya qan azlığının olmasına görədir. Dəmir ən çox ət yeməklərindən əldə olunduğu üçün, tərəvəzlə qidalanan insanlara tövsiyə olunur ki, bu problemi aradan qaldırmaq üçün dəmir həblərindən istifadə etsinlər. Bundan başqa, saç tökülməsi bədənin hormon pozğunluğundan da irəli gələ bilər. Hamiləlik də saç tökülməsinə səbəb ola bilər. Diabet xəstələri də saç tökülməsindən çox şikayət edərlər. Ona görə də bu cür problemlə üzləşən zaman həkimə müraciət etmək lazımdır.

 

Saçların quru olması.

Saçların quru olmasının səbəbi çox ola bilər. Hərarəti yüksək olan yerdə çox qalmaqdan, yayın isti günlərində havada çox olmaqdan, üzmək kimi idmanlardan, saçları çoxlu boyamaqdan saçlar quruya bilir. Bu zaman saçları rütubətli etmək üçün çarə düşünmək lazımdır.

 

Saçın kifayət qədər uzanmaması.

Saçların kifayət qədər uzanmamasının səbəbi bədəndə protein çatışmamazlığına görə ola bilər. Ona görə də protein maddələrindən yaxşı istifadə etmək lazımdır. Omeqa-3 yağı da çox faydalıdır.

 

Artıq tüklərin çıxması.

Dodaqların üstündə və çənə nahiyəsində artıq tüklərin çıxması qadınlarda hormon dəyişkənliyinə görə baş verir.

 

Saçların ucunun dolaşması.

Buna səbəb saçların çox quru olması və ya gözəllik salonlarında zədə görməsinə görə ola bilər.

 

Saçların nazik olması.

Saçların nazik olması adətən irsi bir şeydir və bunda problem yoxdur. Ancaq əgər saçlar öz əvvəlki halından xaric olaraq bu vəziyyətə düşərsə, səbəbi gigiyena qaydalarına düzgün əməl etməməyə görə ola bilər.

 

Saçın keyfiyyətinin dəyişməsi.

Çox təəssüf ki, insan qocalan zaman saçının keyfiyyəti dəyişər. Əgər cavan yaşında bu problemlə üzləşsəniz, bilməlisiniz ki, bədəninizdə tez qocalma halı baş verir.

 

Saçların ağarması.

Yaş artıqca saçlarda ağ tüklər görünməyə başlayar. Eyni zamanda stress və əsəb gərginlikləri saçların ağarmasına səbəb ola bilər.

 

Baş dərisinin qaşınması.

Baş dərisində sebim adlı bir maddə ifraz olunur ki, dərini həmişə təbii halında saxlayır. Əgər bu maddə az ifraz olarsa, baş dəriniz qaşınmağa başlayar. Tərkibində beta-karotin olan tərəvəzlər, xüsusilə də kök vasitəsilə bu problemi həll etmək olar.

 

Saç kəpəyi.

Saçda kəpəyin olması saçların quru olmasına görə deyildir. Bəlkə yağlı saç dərisinin üzərində məxmərin yaranmasına görədir. Aradan qaldırmaq üçün şampun və sabunlardan istifadə olunur. Baş dərisinin yağlılığını aradan aparmaq üçün tez-tez çimmək lazımdır. B6 vitamini bu problemi həll etməyə yardım edə bilər.deyerler /

 

Google+ WhatsApp ok.ru