İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.
"Bəqərə" surəsi, ayə 8-9

Həzrət Məhəmməd (s) buyurur:
“Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”



SALEH DOST

-- İMAM ƏLİNİN (Ə) İMAM HƏSƏNƏ (Ə) VƏSİYYƏTNAMƏSİNDƏ

Tarix : 14-12-2017 17:30

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:

وَ مِنْ خَيْرِ حَظِّ امْرِء قَرينٌ صالِحٌ، فَقارِنْ أَهْلَ الْخَيْرِ تَكُنْ مِنْهُمْ، وَ بايِنْ أَهْلَ الشّرِّتَبِنْ عَنْهُمْ

İnsan üçün ən böyük bəhrələrdən biri saleh, layiqli dostdur. Yaxşılarla əyləş ki, onlardan sayılasan pislərdən çəkin ki, onlardan hesab edilməyəsən.” (“Nəhcül-bəlağə”.)

İnsan üçün ətrafdakılarla əlaqə saxlamaq zərurətdir. Bu əlaqənin necəliyi, forması onun xeyir və zərərini təyin edir. Əgər bu əlaqə ilahi dəyərlər əsasında qurularsa, insan tərəqqi edər. Axı bütün insanların məqsədi tərəqqidir! Ona görə də, başqaları ilə düzgün münasibət qurub ali hədəflərə çatmaq yeganə doğru yoldur və dünya həyatında başqaları ilə ünsiyyətdən qaçmaq mümkün deyil. Əgər ünsiyyət labüddürsə, ideal həyata aparan yol ictimai münasibətlərdən keçirsə, bu işdə hansısa ölçüyə, həyat yolunun cəhətini təyin etmək üçün hansısa vasitəyə ehtiyac var. Əldə etdiyimiz qütbnüma – kompasla əvvəlcədən tanış olmaq lazım gəlir. Yalnız bu tanışlıqdan sonra onun vasitəsi ilə Allaha yaxın məqam cəhətini təyin edə bilərik. Şübhəsuz, həyat məqsədi Allaha pərəstiş yoludur. Qurani-Kərimdə buyurulur:

وَ أَنِ اعْبُدوُنِى هَذَا صِرَاطٌ مُّسْتَقِيم

Mənə ibadət edin, bu doğru yoldur.” (“Yasin” / 61.)

Bəli, doğru yol Allahı hədəf seçmək, Ona doğru hərəkət etmək, Onun bəndəlik buxovunu taxıb, başqalarına pərəstişdən çəkinməkdir. Doğru yol budur və bütün başqa yollar onda sonuclanmalıdır. Başqaları ilə ünsiyyət də həmin yollardan biridir. Deyilən şərtlər daxilində yaradılan ünsiyyətlər insan üçün əsas, ideal məqsədə çatmaqda vasitə olur.

Sual oluna bilər ki, nə üçün yaxşı insanlarla ünsiyyət tövsiyə olunur?! Çünki belə insanlarla yaxınlıq insana Allahı xatırladır, onu öz Rəbbinə yaxınlaşdırır. Yaxşı yoldaş həqiqət yolunda köməkçidir. Allahı unutduran, insanı həqiqətdən uzaqlaşdıran adamlarla ünsiyyət çox pisdir. Dost seçimində ən əsas ölçü məhz budur. Həvarilər Həzrət İsadan (ə) soruşanda ki, ən yaxşı dost kimdir, cavabında buyurur:

قالَتِ الحَواريّونَ لِعيسى يا رُوحَ اللّهِ مَنْ نُجالِسُ؟ قال: مَنْ يُذَّكِرُكُمُ اللّهَ رُؤْيَتُهُ وَ يَزيدُ فِى عِلْمِكُمْ مَنْطِقُهُ وَ يُرَّغِبُكُمْ فى الآخِرَةِ عَمَلُه

O şəxslə yoldaş ol ki, onda üç sifət, xasiyyət var: Onu görməyiniz Allahı sizin yadınıza salsın, elmi sizin əqlinizi, məntiqinizi artırsın və əməli sizi axirətə müştaq etsin.” (“Kafi”, c.2, səh.39.)

Həyat məqsədi, kamillik Allahla yaxınlıqdadırsa, demək, bütün işlərimizdə, istəklərimizdə həmin məqsədi əsas götürməliyik. Yuxarıdakı üç şərt bizə dost seçimində yol göstərir. İslam məktəbində həqiqi dostun ilk xüsusiyyəti onunla ünsiyyətin Allah zikrinə yaradıcı olmasıdır. Təqvalı insanın bütün söz və hərəkətləri Allahı xatırladır.

Dostun ikinci xüsusiyyəti onun elm və agahlığı, boş söhbətlərdən çəkinməsidir. O, sizin məlumatınızı artırır, qaranlıq məsələləri işıqlandırır. Dostdan öyrənilənlər insanı ilahi hədəfə yaxınlaşdırmalıdır.

Beləliklə, ideal dost o şəxsdir ki, onun siması sizə Allahı xatırladır, danışığı elminizi artırır və əməlləri də sizi axirətə həvəsləndirir.

Qiyafəsindən günah və şər tökülən insandan dost olmaz. Belə insanlarla ünsiyyət yalnız şeytanı xatırlada bilər. Onlar yalnız ümidsizlik yaradır, qeybət edir, başqalarının nöqsanlarından danışırlar. Belələrinin ən yaxşı sözü dolanışıqdan, bahalıqdan, qıtlıqdan şikayətdir. Onlar dünya ləzzətləri ardınca qaçır, halal-haram bilmir. Hər vasitə ilə varlanmağa çalışan şəxsdən nə ibrət götürmək olar?! Onun düşüncələri əməllərində əks olunur. Bəli, o insanla dostluq, yoldaşlıq etmək olar ki, sənə ilahi hədəfə çatmaqda yardımçı olsun.

Bu ifadələrin oxşarını Əmirəlmöminin Əli (ə) başqa bir tərzdə ifadə edir. Həzrət (ə) yaxşı yoldaş haqqında tövsiyəsindən sonra buyurur: İnsanın həyatda ən üstün faydalarından biri əməlisaleh dosta malik olmasıdır...”

Eyni məzmunda rəvayətlərdən birində Peyğəmbər (s) buyurur:

اِذا اَرادَ اللّهُ بِعَبْد خَيْراً جَعَلَ لَهُ وَزيراً صالحاً اِنْ نَسِىَ ذَكَّرَهَ و اِنْ ذَكَر اَعانَه

Əgər Allah-Taala bir bəndəsinin yaxşılığını istəsə, ona saleh dost nəsib edir ki, Allahı unutduğu vaxt həmin yoldaş Allahı ona xatırlatsın.” (“Biharül-ənvar”, c.77, səh.164.)

Bu deyilənlər insanı yaxşı dost tapmağa həvəsləndirir, yaxşı yoldaşın qədrini bilib onu qorumağın zərurətini aşılayır. Yaxşı dost nadir inci və böyük nemətdir; həm şirindir, həm də insana müsbət təsir edir və insanda yaxşı sifətlər yaradır; həm nöqsanları aradan qaldırır, həm də həyat yolunda yardımçı olur və insanı axirətə doğru hərəkətdə şövqə gətirir. Bir sözlə, yaxşılardan olmaq istəyiriksə, yaxşılara yaxınlaşmalı və pislərdən olmaq istəmiriksə, pislərdən uzaqlaşmalıyıq. Yaxşılarla ünsiyyət bizi yaxşılığa yaxınlaşdıracaq, pislərlə ünsiyyət isə bizi pisliyə sövq edəcəkir! (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, səh.15-22.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:23
05:53
12:45
19:51
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-08-2018 04:43