Salehi: İran ayda 8-9 kiloqram 20 faizlik uran zənginləşdirəcək

Salehi: İran ayda 8-9 kiloqram 20 faizlik uran zənginləşdirəcək

 Ayda 8-9 kiloqram uranı 20 faiz səviyyəsində zənginləşdirəcəyik.  
 
Maide.Az "iribnews"a istinadla xəbər verir ki, bunu İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib. 
 
Ə.Salehi deyib ki,  20 faiz uranın zənginləşdirilməsinə dair icra prosedurlar haqqında Beynəlxalq Atom Enerji Təşkilatına bildirildikdən sonra İran 24 saat ərzində  uranın 20 faiz zənginləşdirilməsinə başladı. 
 
"Bizim ayda 8-9 kiloqram 20 faiz zənginləşdirilmiş uran istehsal etmək gücümüz var.  Tehran reaktorunun fəaliyyəti üçün 5 illik ehtiyat yanacağımız mövcuddur. Zənginləşdirəcəyimiz  yanacağı da yığıb saxlayacayıq". 
 
Qeyd edək ki, İran yanvarın 4-dən Fordodakı nüvə obyektində uranı 20 faiz səviyyəsində zənginləşdirməyə başlayıb. Bir müddət əvvəl İran parlamenti Qərb ölkələri sanksiyaların ləğvi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün “Sanksiyaların ləğvi üzrə strateji tədbirlər haqqında” qanun layihəsini ratifikasiya edib.  Uranın 20 faiz zənginləşdirilməsi bu qanun tələbinə uyğun olaraq həyata keçirilir. 
 

Google+ WhatsApp ok.ru