Salyanda yol qəzası olub, ölən və xəsarət alan var

Salyanda yol qəzası olub, ölən və xəsarət alan var

Salyan rayonunda iki nəfəri maşın vurub, ölən və xəsarət alan var.
 
Maide.Az bildirir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
 
Belə ki, Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayevi və 2010-cu il təvəllüdlü Ayxan Fazil oğlu Əhmədovu maşın vurub.
 
Hadisə zamanı 7 yaşlı A.Əhmədov dünyasını dəyişib, C.Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə sürücü tərəfindən Salyan Rayon Mərkəzi
 
Xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı araşdırmalara başlanılıb.(report)

Google+ WhatsApp ok.ru