Salyanda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Salyanda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Salyan rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. 
 
Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakinləri, 1970-ci il təvəllüdlü Şahmarov Rahil Əlif oğlu, 1999-cu il təvəllüdlü Şahmarov Əlifxan Rahil oğlu, 1935-ci il təvəllüdlü Şahmarova Mülayim Soltan qızı, 1972-ci il təvəllüdlü Şahmarova Gülşən Bahadur qızı və 1998-ci il təvəllüdlü Şahmarova Nüranə Rahil qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib. Ailə üzvlərindən ikisinin vəziyyəti ağır qiymətləndirilir. (apa) /

Google+ WhatsApp ok.ru