Salyanda körpü təmiri zamanı FACİƏ

Salyanda körpü təmiri zamanı FACİƏ

Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib. "Azərkörpü" MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb.
 
S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
 
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Google+ WhatsApp ok.ru