Samir Kuntarın bölüyü işğalçı İsrail rejimini vurdu

Livanın Əl-Mənar televiziyası Hizbullahın Livan-İsrail rejimi sərhəddində həyata keçirdiyi əməliyyatla bağlı yeni məlumatlar yayıb.
Maide.az xəbər verir ki, “Hizbullah”ın hücumlarına cavab vermək istəyən sionist ordusu itkilərlə üzləşib. Kanal bildirir ki, Şiba bölgəsində həyata keçirilən əməliyyatda 4 işğalçı ordu əsgəri öldürülüb.
İşğalçı ordu isə hələ də bu barədə susur. Sionist ordu sözçüsü Moti Almoz yalnız bunu bildirib ki, əməliyyat çərçivəsində işğalçı ordunun 2 zirehli texnikasına böyük zərər dəyib.
Əməliyyatla bağlı Hizibullahdan gələn növbəti açıqlamada isə işğalçılara qarşı bu uğurlu əməliyyatın bir qədər əvvəl  şəhid edilən və onun adına adlandırılan “Şəhid Samir Kuntar Bölüyü”nün planlaşdırdığı və həyata keçirdiyi bildirilir./   
 

Google+ WhatsApp ok.ru