Samirra İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadət gününü anmağa hazırlaşır

Samirra İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadət gününü anmağa hazırlaşır

Samirra şəhərindəki Əsgəreyn (ə) imamlarının mütəhhər hərəmində İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadətinin növbəti ildönümü üçün matəm hazırlığı işləri görülüb.

Maide.Az deyerler.org saytına istinadən xəbər ki, Əsgəreyn (ə) İmamlarının hərəmində matəm hazırlığı işləri hüznü əks etdirən rəmzlərin asılması ilə başlayıb.

Müqəddəs ziyarətgahın dəhlizlərinin hər tərəfi qaralara bürünüb.

Bundan başqa, ziyarətgaha gələn zəvvarların çoxluğu nəzərə alınaraq, hərəmin həyətində və çölündə yerə xeyli sayda xalça döşənib.

Google+ WhatsApp ok.ru