`Samsung` partlayan `Galaxy Note 7` üçün yeni kompensasiya forması təklif edir 24 Oktyabr 2016 01:00 Xəbərlər Şirkət bu barədə rəsmi açıqlama yayıb Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yararsız çıxmış "Galaxy Note 7" smartfonu üçün yeni təzminat formaları təklif edib. RİA "Novosti" agentliyinə istinadən verilən xəbərə görə, Cənubi Koreyada istehlakçılar "Galaxy Note 7"-ni "Galaxy S7" də daxil olmaqla, başqa smartfon modeli ilə dəyişə və yaxud gələcəkdə əvəzində "Galaxy S8" və ya "Note 8" əldə etməyə imkan verəcək proqrama qoşula bilərlər. Xatırladaq ki, "Galaxy Note 7" Cənubi Koreyada avqustun 19-dan satışa çıxarılıb. Sentyabrın əvvəlində əsasən ABŞ, Cənubi Koreya və Tayvanda bu model telefonun enerji toplayarkən partladığı barədə məlumatlar yayılıb. Bundan sonra şirkət 2,5 mln. ədəd məhsulunu dünya bazarından geri çağırıb. Hətta bu yaxınlarda "Azərbaycan Hava Yolları" (AZAL) QSC aviareyslərində “Galaxy Note 7” smartfonlarının əl yükündə və qeydiyyatdan keçən baqajda daşınmasını tam qadağan edib. (report) / Teqlər : #`Samsung` partlayan `Galaxy Note 7` üçün yeni kompensasiya forması təklif edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnterneti soyuducularla iflic ediblər Windows 10 üçün Messengerin yeni xüsusiyyəti