SANA: İsrailin Suriyaya hava zərbələri nəticəsində bir ailənin 4 üzvü həyatını itirib 22 Yanvar 2021 12:50 Dünya İşğalçı İsrail rejimi təyyarələrinin Suriyanın Həma əyaləti ərazisinə aviazərbələri bir neçə mülki şəxsin ölümü və bir neçəsinin yaralanması ilə nəticələnib. SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Həma əyalətinin qubernatoru Məhəmməd Tariq Kureyşati açıqlama verib. Bildirilib ki, hava zərbələri Həma şəhərinin qərbində bir neçə evin dağılmasına səbəb olub. Bu hava zərbələri nəticəsində ata, ana və iki uşaqdan ibarət olan ailənin bütün üzvləri həyatlarını itiriblər. Daha 4 mülki şəxs bu hava zərbələrində yaralanıblar. Qeyd edək ki, İsrail bu gün sübh Livan səmasından Həma əyalətinə hava zərbələri endirib. Ölkənin havadan müdafiəsi raketlərin çoxunu zərərsizləşdirib. Suriyanın Colan Yüksəkliklərini işğal edən İsrail, bölgədə Hizbullaha və HƏMAS-a göndərilən raket yüklərini hədəfə aldığını və İrana tabe qüvvələrin Suriyada yerləşməsinə imkan verməyəcəyini iddia edir. Teqlər : #SANA:,#İsrailin,#Suriyaya,#hava,#zərbələri,#nəticəsində,#bir,#ailənin,#üzvü,#həyatını,#itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Koronavirusa yoluxmuş Şeyx Zəkzakinin həyat yoldaşının xəstəxanaya yerləşdirilməməsi etiraza səbəb oldu Ayətullah Sistani təhlükəsizlik qüvvələrinə çağırış etdi