Sanders: ABŞ-da 500 min insan küçələrdə yatır

Sanders: ABŞ-da 500 min insan küçələrdə yatır

ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd yarışından çıxan Vermont senatoru Berni Sanders milyonlarla amerikalının tibbi sığortası olmadığını söyləyib, "40 milyondan çox amerikalı yoxsulluq həddindədir və 500 min insan küçələrdə yatır", - deyə bildirib.
 
Maide.Az xarici KIV-ə istinadla xəbər verir ki, Tramp administrasiyasını sərt şəkildə tənqid etdiyini bildirən Sanders, Amerika xalqının bir daha geriyə baxa bilməyəcəyini söyləyib: "Amerika hökumətini koronavirusa qarşı mübarizədə sinifdə qaldı. Amerika xalqı eqoist, özünü düşünən bir prezidenti olduğuna görə çox çətin vəziyyətdədir, amma bu adam korona ilə mübarizə aparmaq əvəzinə, başqalarını günahlandıraraq öz cinayətini ört-basdır etməyə çalışır."
 
Amerikanın koronavirusu ilə çox çətin bir iqtisadi prosesə girdiyini və on milyonlarla amerikalının işsiz olduğunu bildirən Sanders, "on milyonlarla amerikalı ayın sonuna kimi necə yaşayacaqlarını düşünür və narahatdırlar", - deyə qeyd edib.
 
Amerika əmək nazirliyinin məlumatlarına görə, bu yaxınlarda işsizlik müavinəti üçün müraciət edənlərin sayı 36 milyonu keçib.

Google+ WhatsApp ok.ru