Sankt-Peterburqda bir neçə terrorçu həbs olunub

Sankt-Peterburqda bir neçə terrorçu həbs olunub

Rusiya xüsusi təyinatlıları Sankt-Peterburq şəhərində Şimali Qafqazdan olan silahlı şəxslərin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirib.  
 
Maide.Az bildirir ki,  “RİA Novosti”nin verdiyi xəbərə görə, çoxmərtəbəli binaların birində gizlənən, Şimali Qafqaz regionunda qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinən və axtarışda olan şəxslərin saxlanması istiqamətində əməliyyat davam edir.
 
Silahlıların gizləndikləri bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Bir neçə terrorçunun həbs olunduğu bildirilir.
 

Google+ WhatsApp ok.ru