Sankt-Peterburqda külli miqdarda valyuta qaçaqmalçılığına görə Azərbaycan vətəndaşları saxlanılıb

Sankt-Peterburqun "Pulkovo" hava limanında valyuta qaçaqmalçılığına görə Azərbaycan vətəndaşları saxlanılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Sankt-Peterburq polisi İstanbuldan gələn iki Azərbaycan vətəndaşını gömrük nəzarətində saxlayıb. Onlara məxsus çantalardan 890,9 min Venesuela bolivarı və ya 141,6 min ABŞ dolları aşkarlanıb.
Fakt üzrə külli miqdarda pul vəsaitinin qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb.

Google+ WhatsApp ok.ru