Sankt-Peterburqda İmam Zaman (əc) ağanın mövlud şənliyi - FOTO

Bu gün Həzrət İmam Zaman (əc) ağanın mübarək mövludu münasibəti ilə Sankt-Peterburqda  bayram tədbiri keçirilib.

Maide.Az bildirir ki, İmam Zaman (əc) mövlud (doğum) günü münasibəti ilə bütün dünyada yaşayan Əhli-Beyt (ə) aşiqləri bayram tədbirləri keçirirlər. Belə tədbirlərdən biri də   bu gün Sankt –Peterburqdakı restoranların  birində Əhli-Beyt (ə) aşiqinin iştirakı ilə keçirilib. 
 
Tədbirdə öncə Quran tilavət olunub. Daha sonra çıxış edən Rüfət Məmmədov İmam Zaman (əc) həyatına dair bilgilərlə geniş nitqilə çıxış edib və mərasim iştirakçılarını, dünya müsəlmanlarını bu əziz mövlud günü münasibətilə təbrik edib.
 
Mövlud tədbirində Həzrətin şəninə mədhiyyələr edilib və ilahi nəğmələr oxunub. Sonda tədbirdə iştirak edən insanlara imamın adına ehsan süfrəsi verilib.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru