Sankt-Peterburqda `Quran` qiraətçilərinin müsabiqəsi başlayır

Sankt-Peterburqda `Quran` qiraətçilərinin müsabiqəsi başlayır

Rusiyanın Sankt-Peterburq şəhərində "Quran" qiraətçilərinin müsabiqəsi başlayır.
 
SalamNews-un Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, müsabiqədə Moskva və Moskva vilayəti, Tatarıstan, Dağıstan, Çeçenistan və Rusiyanın digər şəhər və regionlarından nümayəndələr iştirak edəcəklər.
 
Müsabiqənin 5-30 yaş arası iştirakçıları öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Onlar müxtəlif nominasiyalar üzrə yarışacaqlar.
 
Bildirək ki, müsabiqə “Ənənəvi dini təşkilatların terrorizmlə mübarizədə dünya təcrübəsi” mövzusunda beynəlxalq konfessiyalararası elmi konfrans çərçivəsində keçiriləcək.
 
Forum ötən gün Sankt-Peterburqda açılıb.

Google+ WhatsApp ok.ru