Saqqal qırxan Rəmzinin sələfi olması xəbəri özünü doğrultmadı

Bu ilin iyul ayında Sabirabad bazarında Kürdəmir sakini Cavanşir Zərbəliyevin saqqalının yerli sakin Rəmzi Zeynalov tərəfindən qırxılması ciddi rezonans doğurmuşdu
 
Təəssüf doğuran hadisədən sonra bu yolverilməz əməli törədən R.Zeynalov məhkəmənin qərarı ilə həbs edilmişdi.
Bir neçə gün öncə isə bəzi İnternet resurslarında və sosial şəbəkələrdə Rəmzi Zeynalovun həbsxanada guya sələfiliyi qəbul etməsi və iyulda yol verdiyi hərəkətlərə görə bütün sələfilərdən üzr istəməsi haqqında xəbərlər yayılmışdı.
 
İslam.az Rəmzi Zeynalovun Sabirabadda yaşayan yaxınları ilə əlaqə yaradaraq məsələyə aydınlıq gətirib. Zeynalovlar ailəsi bildiriblər ki, bu xəbər yalandı və Rəmzi sələfiliyi qəbul etməyib.

Google+ WhatsApp ok.ru