Satıcıların tərəzi oyunu

Satıcıların tərəzi oyunu

Bəzi satıcılar bazarda əhalini tərəzilər vasitəsilə aldatmağa davam edirlər. İddialara görə, hazırda bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır.

Bundan çıxış yolu kimi alıcıların bir qismi özü ilə cib tərəzisi gəzdirir və aldığı malı yenidən çəkərək, nə qədər aldadıldığının fərqinə vara bilir.

Oxu.Az xəbər verir ki,əksər bazarlarda tərəzilər elə qoyulub ki, vətəndaşların ona nəzarət etmək imkanı yoxdur. Satıcıların çoxu hələ də daş tərəzilərdən istifadə edir.

Ekspertlərin sözlərinə görə, hazırda əhalinin qazancının təxminən 20 faizi aldatmalara gedir.

Belə hallarla rastlaşan vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər.

Google+ WhatsApp ok.ru