Saxarov mükafatı Leyla Yunusa verilmədi

Konqo Demokratik Respublikasında olan ginekoloq Denis Mukveqe Andrey Saxarov adına  "Fikir azadlığı" mükafatına layiq görülüb. Musavat.com RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin rəhbəri Martin Şults bildirib.
 
"Sədrlər konfransı qərara alıb ki, 2014-cü il üçün mükafat Konqo Demokratik Respublikasından olan həkimə xüsusilə qadınların müdafiəsi uğrunda mübarizəyə görə verilsin. 
 
Qeyd edək ki, mükafata "Avromaydan" və Azərbaycandan olan hüquq müdafiəçisi Leyla Yunus da namizəd idi.musavat /

Google+ WhatsApp ok.ru