Bəqərə, 57. Və (Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin endirdik (və dedik:) «ruziniz etdiyimiz pak təamlardan yeyin». Onlar (itaətsizlik və naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər.

Həzrət Məhəmməd (s) buyurur:
“Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”



Saxta məhsulları rahat bilmək olacaq

-- yeni mobil tətbiq işə salınıb

Tarix : 04-04-2018 13:28

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının dəstəyi ilə yeni mobil tətbiq işə salınıb.
 
Maide.Az bildirir ki, Mərkəzdən Foodinfo.az-a verilən məlumata görə, mobil tətbiq “GS1 Azərbaycan”ın məlumat bazasında və Azexport portalında qeydiyyatda olan məhsulların xüsusiyyətləri və istehsalçıları barədə məlumat almaq imkanı verir.
 
Xarici bazarlarda ştrixkodlar məhsulların keyfiyyətinin qoruması, təchizat zəncirinin idarə edilməsi və digər e-commersin tətbiqi baxımından əhəmiyyətli rol oynayır. Bu məqsədlə Azexport GS1 Azərbaycanla bir sıra birgə layihələr üzərində işləyir.
 
GS1 Azerbaijan mobil tətbiqi mobil cihaz vasitəsilə məhsulların üzərində yerləşdirilən ştrix-kodları skan edir və baza üzrə axtarış imkanı verir. GS1 bazasında aşkar edilməyən məhsulun saxta olduğunu və ya qeydiyyatdan keçmədiyini ehtimal etmək mümkündür.
 
Bunun üçün Android və ya İOS tətbiqi yükləyərək məhsulun üzərindəki barkodu cihazın kamerası ilə skan etmək kifayətdir.
 
Növbəti mərhələdə təqdim ediləcək həll MadeinAzerbaijan məhsullarını saxtalaşdırmadan tamamilə qorumağa imkan yaradacaq. Blokçeyn texnologiyasına əsaslanan həll hər hansı bir məhsulun saxtalaşdırılmasını mümkünsüz edəcək.
 
Qeyd edək ki, yeni mobil tətbiq “GS1 Azərbaycan”, EBRD-nin maliyyə və Azexport portalının texniki dəstəyi ilə hazırlanıb.
 
Mobil əlavə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür:
 
https://play.google.com/store/apps/details?id=com.gsnew
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 19:14