Saxta balın ziyanları 17 Aprel 2020 15:41 Sağlamlıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində bu dəfə saxta balın ziyanları haqqında məlumat verilib. Maide.Az xəbər verir ki, AQTA-dan verilən məlumatda balın çox qiymətli bir qida məhsulu olduğu bildirilib. Qeyd olunub ki, bal tərkibi çoxlu sayda mineral və vitaminlərlə zəngin olan təam, saysız-hesabsız müalicəvi xüsusiyyətlərini özündə daşıyan qiymətli nemətdir. Can dərmanı hesab olunan balın 40-dək növü var. Rəngi və dadı isə tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 % su, 80 %-dən çox karbohidrat, 0,4 % zülal, 0,3 % kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə zənginliyi balı min bir dərdin dərmanına çevirib. Sağlamlığa olan faydaları ilə yanaşı, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində də geniş istifadə olunur. Bal seçiminə həmişə diqqətlə yanaşmaq lazımdır. Yalnız keyfiyyətli, təbii məhsul orqanizmə faydalı ola bilər. Satışda “bal” adı ilə geniş çeşiddə, zövqlə etiketlənmiş bankalar görmək olur. Saxta bal xoşagəlməz yan təsirlərə, müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Bəzən məhsulun tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) məhsulun tərkibində uzun müddət yaşaya bilər. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, keyfiyyətli məhsulun tərkibində fermentlər, çiçək tozu və dekstrinlər var. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış belə məhsula dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Şəkər tərkibli saxta məhsul qaraciyərin bəzi funksiyalarının pozulmasına səbəb olur. Bundan başqa, aktiv həyat tərzi keçirməyən insanın normadan artıq şəkər qəbulu bir çox xəstəliklərin inkişafına təkan verə bilər. Bu amil məhz xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozğunluqlar, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması, uşaqlarda diqqət dağınıqlığı, dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi üçün risk faktorudur. Saxta balı həqiqi baldan ayırmaq üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil. Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər. Teqlər : #Saxta,#balın,#ziyanları, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AQTA-dan bruselyoz xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ Ramazan ayında hansı qidalar sizi tox saxlayar? Sağlamlıq Yerdə maqnit qasırğası başlayıb Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurla bilər Azərbaycanda hər il 24 min insan bu xəstəlikdən ölür - ÜST İkinci doza vaksini vurdurmayan şəxslərə verilən möhlət məlum olub Azərbaycanda son sutkada 802 nəfər yoluxub, 31 nəfər vəfat edib Tibbi hədislər: Soğanın faydası Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma Xəstədə 14 gün bitdikdən sonra şikayət yoxdursa, tam sağalmış hesab olunur - SN Smartfon vasitəsilə xəstəliklərin diaqnozu üçün cib ultrasəs aparatı yaradılıb Virusdan sağalanlara xəbərdarlıq: ‘Bu hallar varsa, həkimə müraciət edin’ Tibbi hədislər: Mərcimək sıyığı 20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır? Səhiyyə Nazirliyi: Bu ilin 11 ayında Azərbaycanda İİV-ə 494 yoluxma halı təsdiqlənib Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir Alimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıb İndi cavanlarda koronavirusun daha ağır formada keçdiyini müşahidə edirik -TƏBİB Baş infeksionist: Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq Yaxşı yata bilmək üçün, tövsiyələrə əməl edin Vitamin çatışmazlığı hansı əlamətlərlə özünü göstərir? Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA Alimlər koronavirusa qarşı 90 faiz effektivliyə malik vaksin hazırlayıblar Gözlər xəstəliyin aynasıdır Qrip virusu nəyin səthində daha çox qalır? BU QİDALAR sümük əriməsinin qarşısını alır Osteoporozun qarşısını alan qida maddələri Sətəlcəm zamanı daha tez sağalmağa kömək edən adi ərzaqlar Xərçəng xəstəliyinin yaranması riskini artıran məhsulların adları açıqlanıb Piylənmə COVID-19-dan ölüm riskini artırır İsveçli alim sklerozun inkişafı haqda danışıb Keçən il havanın çirkliliyi yarım milyon körpənin ölümünə səbəb olub QARA ZİRƏnin saymaqla bitməyə faydaları Soyuq ayaqlar hansı xəstəlikdən xəbər verir Əllərin yuyulması və təmiz saxlanılması gigiyenanın ən vacib tələblərindən biridir Qara zirə xolesterin, şəkər və digər çoxsaylı xəstəliklərdən qoruyur Koronavirus telefonlarda və əskinaslarda 1 aya qədər qala bilir - Alimlər Ən təhlükəli qan qrupu hansıdır? Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər Rusiya alimləri psixoloji xəstəliklərin müalicəsinin mümkün yollarını müəyyən ediblər Soyuqdəymə və qripdən necə qorunmalı: ən sadə məsləhətlər Qriplə soyuqdəymənin fərqi bu imiş
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir