Saxta diplomlar müəyyən ediləcək

Saxta diplomlar müəyyən ediləcək

 
Azərbaycan ərazisində tanınan xarici ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib.
 
Bu haqda xəbəri Təhsil Nazirliyi yayıb.
 
Məlumat bazasında ilkin olaraq 2013-cü il mayın 13-dən indiyədək ekvivalentliyi müəyyən edilmiş xarici ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib.
 
Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı, atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür.
 
Məlumat bazası yenilənəcək.
 
Bazadakı məlumatlardan həm xaricdə təhsil alanlar, həm də onları işə götürənlər yararlana bilərlər. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru