Saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyən əcnəbilər saxlanılıb

Saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyən əcnəbilər saxlanılıb.
 
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Maide.az-a verilən məlumatda qeyd olunur ki, sentyabrın 7-də həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 111 nömrəli “Alma-Ata-Bakı” aviareysi ilə ölkəmizə gələn Tacikstan vətəndaşı, 1998-ci il təvəllüdlü Zamirə Qaziyeva pasportunda Azərbaycan Respublikasına gəlib-getməsi barədə saxta möhürlər olduğuna görə, 10 sentyabr tarixində 079 nömrəli “Bakı-İstanbul” aviareysində saxta şengen vizası ilə Şri-Lanka vətəndaşları - 1983-cü il təvəllüdlü Sanmuqarasa Sathess və 1987-ci il təvəllüdlü Sinna Thamby Theiventhiram Poovinthan, 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə saxta viza ilə Azərbaycana gələn Banqladeş vətəndaşları - 1983-cü il təvəllüdlü Rana MD Masud, 1985-ci il təvəllüdlü Alim
 
Muhammad Abdul, 1987-ci il təvəllüdlü Rana MD Sahel  və 1988-ci il təvəllüdlü Pramanik Abu Sayed saxlanılıblar.
 
Saxlanılan şəxslər deportasiya edilib.

Google+ WhatsApp ok.ru