Saxta sosial şəbəkə hesabı cinayət sayılacaq

İngiltərə Kral Prokurorluq Təşkilatı (CPS) Twitter və Facebook kimi sosial media şəbəkələrində saxta profil açıb, başqalarını narahat edən, alçaldan, təcavüz edən və haqlarında yalan söyləyənlərə qarşı prokurorların necə sanksiyalar tətbiq edəcəyinə dair təlimat yayıb.
 
Maide.az xəbər verir ki, "The Daily Telegraph" qəzetinə yazdığına görə, layihə əsasnaməsi bu hesabları açmağı cinayət sayır və hesab sahiblərinə məhkəmə yolunu açır. Qəzetə danışan prokuror Alison Saunders, "Bu şəxslər saxta hesab açdıqda və saxta adla internet səhifələri açdıqda izlənməyəcəklərini hesab edir, amma vəziyyət elə deyil. Cinayətkarlar internetdə ayaq izlərini qoymuş olurlar" söyləyib.
 
Altı həftə ərzində müzakirə olunacaq layihə mətninin ilin sonuna doğru qüvvəyə minməsi gözlənilir.

Google+ WhatsApp ok.ru