Sayları 100 mini keçən koreyalı müsəlmanlar - FOTO

Sayları 100 mini keçən koreyalı müsəlmanlar - FOTO

-- Halal restoranlar və turizm mərkəzləri

"Bu din sadəliyi ilə məni maraqlandırdı. Məni İslamda ən çox çəkən sosial bərabərlik oldu. Bu dində bizdə olan konfutsi sistemi kimi iyerarxiya yoxdur. Hər kəs bir-birinin qardaşıdır. Sənin haradan, hansı sosial təbəqədən gəlməyinin İslam üçün əhəmiyyəti yoxdur."

Sizə Cənubi Koreyada müsəlmanların həyat tərzindən bəhs edən məqaləni təqdim edirik. Cənubi Koreya Çinlə münasibətləri (Amerikanın orada (THAAD) raket sistemini quraşdırdıqdan sonra) pisləşəndən sonra qapılarını müsəlman turistlərə açdı. Çünki Çindən gələn turist axını birdən-birə azaldı. Müsəlamanların təkcə 2015-ci ildə bu ölkəyə gəlişi 33% artıb ki,  Koreya turizm mərkəzinin bildirdiyinə görə 2017-ci ilin sonunda bu sayın 1,2 milyon olacağını göstərir. İqtisadi inkişafı irəlilətmək üçün artıq Koreya biznesində halal sertifikatlar verilməyə başlayıb. Artıq müsəlman turistlərin harada qidalanacağı və harada dincələ biləcəkləri xəritələr, ünvanlar mövcuddur.

 

Built in Seoul’s Itaewon neighbourhood, the Seoul Central Masjid opened on May 21st, 1976. [Radu Diaconu/Al Jazeera]

1976-cı ildə açılmış Seul məscidi. 

 

Cənubi Koreyanın İslamla tanışlığı İpək yolu tarixi boyunca sürsə də, müasir dövrdə ilk təmas 1950-53-cü il müharibəsi olub. 1976-ci ildə ilk məscid açılıb.

The Seoul Central Mosque welcomes around 800 worshippers during its weekly Friday prayer. [Radu Diaconu/Al Jazeera]

Çümə namazlarında hər həftə 600 koreyalı müsəlman iştirak edir. 

 

Sandals left at the footstep of the entrance to the main prayer hall. The mosque, which gathers around 800 worshippers every Friday, was built in 1974 and opened its doors in 1976. [Radu Diaconu/Al Jazeera]

Məscidə gələnlər ayaqqabılarını burada çıxarırlar. 

 

Built in Seoul's Itaewon neighbourhood, the Seoul Central Masjid opened on May 21st, 1976, thanks in part to donations from Malaysia and the cooperation of the Korean government, which gave away the land that it was built upon. [Radu Diaconu/Al Jazeera]

Harun Kara (left) is a Turkish citizen working at Mr Kebab, located at the entrance of what locals refer to as

Fotoda gördüyünüz bu iki şəxsin biri türk Harun Qaradır. O hazırda Koreya da yaşayır və  türk restoranında çalışır. Qara burada 1950-ci illərdən qalanların nəslindəndir.  Koreya müharibəsində 15000 türk əsgər döyüşməyə gəlmişdi. Daha sonralar onların çoxu Türkiyəyə qayıtmadılar. Onlar o zaman çadırdan məscidlər qurub insanlara İslamı izah edərdilər.

 

Safiya Xan 10 il məsciddə inzibatçı vəzifəsində çalışıb. Nəhayət 2015-ci ildə İslamı qəbul edib. O İslam haqda belə deyir: "Əvvəlcə mən və dostlarım İslam haqda heç nə billmirdik. Onu yalnız 9/11 hadisələri ilə, yəni terrorizmlə əlaqələndirirdik. Daha sonra isə Məhəmməd peyğəmbər(s) haqda nələrisə öyrənmək istədim. Mən indi əminəm ki, İslam həqiqətdir və ona görə də onu qəbul etdim." 

 

Ahmad Cho (left) 48, marketing agent at Talent Cosmetic, a Malaysia-certified Halal Korean cosmetic store located almost right across the street from the Seoul Central Masjid. He converted to Islam in 1990 and was one of the 40 Korean Muslims who were invited to the 2000 Hajj pilgrimage.

 

Əhməd Çonun 48 yaşı var. (soldakı foto)Seul mərkəzi məscidinin yaxınlığında yerləşən kosmetika şirkətin marketinq agentidir. 1990-cı ildə İslamı qəbul edib. 2000-ci ildə Həcc ziyarətinə dəvət alan 40 koreyalı müsəlmandan biri olub. "Mən Kəbəni və Məkkəni görəndə ağladım."-deyə o hislərini bölüşür. 

Əmir Kim(sağdakı foto) 28 yaşı var. Məsciddə islami məsələlər üzrə müşavir işləyir. Çində müsəlmanlarla  rastlaşandan sonra 2010-cu ildə İslamı qəbul edib. "Bu din sadəliyi ilə məni maraqlandırdı. Məni İslamda ən çox çəkən sosial bərabərlik oldu. Bu dində bizdə olan konfutsi sistemi kimi iyerarxiya yoxdur. Hər kəs bir-birinin qardaşıdır. Sən haradan, hansı sosial təbəqədən gəlməyinin İslam üçün əhəmiyyəti yoxdur." 

 

Umar (Daesik) Choi (left), is part of the new wave of young Korean Muslims who are trying to spread awareness on Islam in South Korea through social media. He promotes Muslim-friendly restaurants in Seoul in collaboration with the Seoul Tourism Organization as part of a video series called

 

Umar Çhoi(solda) Hazırda İslamı sosial şəbəkələrdə təbliğatla məşğuldur. Ərəb dili və İslam üzrə təhsil alır. 

 

Ola Bora Son (sağda) İslamı qəbul edib Hazırda Seul məscidində təbliğatçı kimi işləyir. O ətrafına mümkün qədər daha çox koreyalı gəncləri toplamağa çalışır. "Məni anlamayanları başa düşürəm, çünki özüm də nə vaxtsa müsəlman deyildim. Onda onlara izah edir və İslam dininin dünyanın dini  və yalnız şəfqətdən ibarət olduğunu başa salıram." Onun məsciddə oxuduğu mühazirələrə 1200-dən çox insan gəlir. Onların arasında isə minimum 10% -i İslam dini ilə maraqlanmaqda davam edirlər.

 

It was difficult at first for Imam A. Rahman Lee Ju-Hwa, who was introduced to Islam in 1984, to tell his friends that he could not meet for barbecue and drinks.

Rəhman Lee. 1984-cü ildə İslamı qəbul edib. "Əvvəllər dostlarım və ətrafım məni anlamazdılar. Amma indi nə yanımda içki içirlər, nə də məni dəvət edirlər."

Hazırda Koreyada müsəlmanların sayı 100 min nəfəri ötməkdədir. Bu isə gələcəkdə Koreyanın taleyində İslamın rolunun qabarması anlamına gəlir. /aljazerra.com. (islaminsesi)

Google+ WhatsApp ok.ru