Sağlamlıq reytinqi: Azərbaycan 188 ölkə arasında 75-cidir

Sağlamlıq reytinqi: Azərbaycan 188 ölkə arasında 75-cidir

 
“The Lancet” jurnalı dünya üzrə sağlamlıq reytinqini açıqlayıb. 33 tibbi göstərici əsasında tərtib olunan reytinqdə Azərbaycan 188 ölkə arasında 75-ci yeri tutur.
 
Verilən məlumata görə, qonşulardan Ermənistan 86-cı, Gürcüstan 106-cı, Rusiya 119-cü sırada qərarlaşır.
 
Reytinq cədvəlinə İslandiya başçılıq edir. İlk 5-likdə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya da yer alır.
 
Mərkəzi Afrika Respublikası sonuncu – 188-ci yerdədir.
 
Reytinq tərtib olunarkən uşaq və körpə ölümü, yol qəzalarında ölüm, uşaqlarda artıq çəki, alkoqol və tütündən istifadə səviyyəsi, QİÇS-ə, vərəmə, Hepatit B-yə yoluxma, intihar göstəriciləri və s. nəzərə alınıb.
 
Ekspertlər müharibələrdə və zorakılıq hadisələrində ölüm göstəricilərini də meyarlar siyahısına daxil ediblər.
 
Hər 33 meyar üzrə 1990-2015-ci illər arasındakı durum araşdırılıb. (Novator.az) /

Google+ WhatsApp ok.ru