`Sübhanəkə Rəbbi, Sübhanək` ibtihalı  - VİDEO

`Sübhanəkə Rəbbi, Sübhanək` ibtihalı - VİDEO

İslam dünyasının məşhur misrli "mübtəhil"i Şeyx Əbdüttəvvab Bəsatini avqustun 29-da  72 yaşında Bəsatin kəndində öz evində dünyasını dəyişib. 
 
Maide.Az "İQNA"a istinadən xəbər verir ki, mərhum Şeyx Əbdüttəvvab Bəsatini  Misrin "Bəni Yusif" əyalətində anadan olub. 13 yaşında ikən Qurani-Kərimi əzbərləyib. İbtihalı Şeyx Əli Məhmud, Nəsruddin Tubar və Seyyid Nəqşbəndi kimi məşhur ustadlardan öyrənib.
 
O, 30 il Misrin televiziya və radiosu ilə həmkarlıq edib.
 
Gözəl səsinə görə, ona "Şeyxul-Münşidinil-Ərəib" (Ərəb nəşid oxuyanlarının şeyxi) ləqəbini verilmişdi. 
 
 "Sübhanəkə Rəbbi, Sübhanək" ibtihalını (musiqi notları üzərində oxunan münacat, razu-niyaz) ilk dəfə 1985-ci ildə Misrin "Seyyid Saleh Cəfəri" məscidinə "mübtəhil" (ibtihalçı) mərhum Şeyx Əbdüttəvvab əl-Bəsatini oxuyub. 
 
Həmin ibtihalın videosunu oxucularımıza təqdim edirik:
 
 
  
 

Google+ WhatsApp ok.ru