Südəmər körpələr Kərbəlanın 6 aylıq şəhidinin xatirəsini yad etdilər - Foto

“Hüseyn (ə) südəmərləri” on ikinci mərasimi bu gün, məhərrəm ayının ilk cüməsində dünyanın beş qitəsindən 40-dan çox ölkədə və İran İslam Respublikasında  2500 məscid və hüseyniyyədə dörd milyondan südəmər və onların analarının iştirakı ilə keçirilir.
 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, bu matəm mərasimində minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam Hüseyn(ə)-ın südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə səs-səsə verib və analar öz laylaları ilə Həzrəti Əli Əsğər(ə)-ın anası- Həzrəti Rubabın kədərinə şərik olublar.

Həzrəti Əli Əsğər(ə)-ın şəhadəti Həzrəti İmam Hüseyn(ə)-ın və onun köməkçilərinin məzlumluqlarına bir dəlildir. Həzrəti İmam Hüseyn(ə) onun üçün bir az su istəməkdən ötrü onu başının üzərinə qaldırarkən məlun Hərmələ o məsum körpəni üçşaxəli ox hədəfinə aldı və şəhid etdi.

Məlumatlara əsasən, mərasimin sonunda nəzir- namə qiraət olundu və analar öz körpələrini Sahib Əl-Zaman(əc)-ə nəzir etdilər. /


 

Google+ WhatsApp ok.ru