SİDDİQEYİ-TAHİRƏ (Ə)

SİDDİQEYİ-TAHİRƏ (Ə)

Fatimə...

Bu yalnız adi bir addır. Bu lüğəvi qəlibdə, hərf və yazıların bu şəklində - bu hərflər yan-yana düzüldükdə hamısı birlikdə yalnız bir adı təşkil edir. İslama məxsus adı, qadınlığa aid adı, müsəlman qadınlarına xas adı...

Bu ad yalnız adi bir ad kimi xatırlanarsa, burada fövqəladə heç bir şey yoxdur. Onu təşkil edən hərflər – istər tək olsun, istərsə də bütövlükdə - heç bir alilik və müqəddəslik, heç bir qeyri-adi parlaqlıq və hətta heç bir səciyyəvi xüsusiyyət daşımır. Məgər adı Fatimə olan azmı qadın və qızı görmüş, tanımışıq?.. Uşaqlıqda adı ilə çağırılan azmı qadın və qız görmüşük ki, böyüyəndə başdan-başa sürtülmüş Qərbə qərq olmuş ictimai həyatda, Qərbi və qərbliləri özləri üçün nümunə edənlərin məclis və yığıncaqlarında müstəmləkə dünyasının kino ulduzlarının adları ilə çağırılan dost və tanışlarının yanında uşaqlıq zamanının adından – Fatimə adından bezərək bu addan üz döndərmiş və öz adlarını “Fifi” və “Fati” ilə əvəz etmişlər!..

Google+ WhatsApp