Südün saçlara olan inanılmaz faydaları

Südün saçlara olan inanılmaz faydaları

Süddə saçların sürətlə uzanması üçün lazım olan kalsium və zülal kimi bütün əsas minerallar var.
 
Amerikanın Dermatoloji Tibb Mərkəzi süddə olan kazein zülalının qlutamin tərkibi sayəsində saç folekullarını qidalandırıb saçların uzanmasına yardımçı olduğunu bildirib.
 
Süd, karbohidrat, kalium, natrium, kalsium, karbohidrat, maqnezium, dəmir, A vitamini, D vitamini, B12 vitamini, B6 vitamini kimi müxtəlif vitamin və minerallardan ibarətdir. Bütün bu vitaminlər saç sağlamlığı üçün mühüm rol oynayır.
 
Süd  saçlar üçün effektli nəmləndirmə funksiyasını yetirir. Bundan başqa, quru və köhnəlmiş saçları bərpa edir, saç diblərini möhkəmləndirir.
 
Saçın əsas komponentlərindən biri də zülaldır. Zülal  saç toxumalarının böyüməsi və bərpası üçün lazım olan mineral növüdür. Süddə "kazein" və "vhey" adında iki növ zülal olur, bunların hər ikisi də saçlar üçün çox faydalıdır.
 
Südün saçlar üçün digər bir faydası da təbii saç düzləşdirici xüsusiyyətinə malik olmasıdır. Dolayısı ilə süd ilə hər zaman arzuladığınız düz saçlara qovuşa bilərsiniz. (publika.az) /

Google+ WhatsApp ok.ru