Seçilsəm Qüdsü İsrailin bölünməz paytaxtı hesab edəcəm - Tramp

Seçilsəm Qüdsü İsrailin bölünməz paytaxtı hesab edəcəm - Tramp

 
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, Donald Trump işğalçı İsrail rejiminin baş naziri Benjamin Netanyahu ilə Nyu-Yorkda bir araya gəlib.
 
Milyarder ona 8 noyabrda seçkilərdə qalib gələcəyi təqdirdə "qeyri-adi" əməkdaşlıq sözü verib.
 
"Tramp rəhbərliyi dövründə iki ölkə arasında fövqəladə strateji, texnoloji, hərbi və kəşfiyyat əməkdaşlığı olacaq" - deyə, Trampın rəsmi Facebook səhifəsində bildirib.
 
Bundan əlavə tramp prezident seçiləcəyi təqdirdə Qüdsü İsrailin bölünməz paytaxtı kimi tanıyacağına söz verib.
 
ABŞ prezidentliyinə əsas namizədlərdən olan Donald Tramp, öz təbliğat kompaniyasında müsəlmanlara, mühacirlərə qarşı qərəzli çıxışları diqqət mərkəzində olub. Onun bu çıxışları müsəlmanlarla yanaşı, yerli əhali tərəfindən də etiraz ilə qarşılanır.  
 
Bir qrup müsəlman və digər dini təşkilatlar Trampın fikirlərini pisləyib. Amərika İslam Əlaqələri Şurası amerikalı müsəlmanları və suriyalı qaçqınları hədəf alan namizədi tənqid edərək onu “İslamofobik və qeyri-konstitusional” adlandırıb. Trampın açıqlamaları nifrət və zorakılığın qızışdırılmasına xidmət edir.
 
Onun İslam və müsəlmanlara qarşı çıxışlar hazırkı prezident B.Obamanı da qəzəbləndirib.
 
“The Guardian” yazır ki, Barack Obama ABŞ prezidentliyinə ehtimal olunan respublikaçı namizəd Donald Trump-ı indiyədək ən kəskin tənqid atəşinə tutub. “ABŞ-a İslam yox, Tramp təhlükədir". (islaminsesi)
 
 

Google+ WhatsApp ok.ru