Seçkilər ərəfəsində Erdoğan məşhurluğunu itirir

Türkiyənin sosioloji təşkilatları noyabrın 1-də vaxtından əvvəl keçiriləcək seçkilər öncəsi əhali arasında sorğu keçirir.
 
Sorğuların nəticələri göstərir ki, prezident Erdoğanın tərəfdarları xalqın dəstəyini itirməkdə davam edir, xəbəri Türkiyə KİV-ləri yayır.
 
Belə ki, iyunun 7-də seçicilərin 41,5%-i AKP-yə səs vermişdisə, hazırda o, cəmi 38,9% səsə ümid edə bilər.
 
Eyni zamanda, daha çox insan müxalifətçiləri dəstəkləməyə hazırdır: 27,8% ötən seçkilərdə 24,95% səs yığmış Cümhuriyyət Xalq Partiyasına (CHP), 16,3% isə Milli Hərəkat Partiyasına (MHP) səs vermək niyyətindədir.
 
Bu il tarixdə ilk dəfə 10%-lik baryeri keçən kürdlə öz mövqeyini qoruyub saxlayacaq və 13,5% səsə ümid edə bilər.
 
Sorğu iştirakçılarının 52,5%-i koalisiya hökuməti qurmaq cəhdlərinin uğursuzluğuna görə məsuliyyəti Erdoğanın üzərinə qoyur. Cəmi 29,9% bunda müxalifəti təqsirkar bilir. Daha 17,8% bunda baş nazir Ahmet Davutoğlunu ittiham ediblər.
 
Türklərin əksəriyyəti (66,4%) hesab edir ki, təkrar seçkilər əbəs yerə təyin edilib, Erdoğan hökumətin formalaşdırılması mandatını MHP sədri Kemal Kılıçdaroğluna verməli idi.
 
Sorğu iştirakçılarının 78,3%-i Erdoğanın prezidentin səlahiyyətlərini genişləndirmək planlarından narazılığını bildirib, 47,8% isə bildirib ki, bu, avtoritarizmə gətirib çıxaracaq. 

Google+ WhatsApp ok.ru