`Seçkilərdə kimin səs toplamasından asılı olmayaraq udan tərəf İran xalqı və İslam Respublikasıdır` - FOTO

`Seçkilərdə kimin səs toplamasından asılı olmayaraq udan tərəf İran xalqı və İslam Respublikasıdır` - FOTO

"Yaşadığımız qeyri-sabit bir bölgədə İran İslam Respublikası güvənli və hüzur dolu bir şəraitdə seçkilərə hazırlaşır və bu çox dəyərlidir".
 
Bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İranın Semnan, Zəncan və Qəzvin şəhərlərinin müxtəlif təbəqələrdən olan əhali ilə görüşdə çıxışında bildirib. 
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei bildirib: “Baxın regiondakı ölkələrə, hara baxsanız qeyri-sabitlik hökm sürür. Bu qeyri-sabit bir bölgədə İran İslam Respublikası güvənli və hüzurdolu bir şəraitdə seçkilərə hazırlaşır və bu çox dəyərlidir. Seçkilərə iki gün qalır, Allahın yardımı ilə ölkəmizdə sakit, hüzurlu və sabit bir şərait hakimdir. Bu çox dəyərli bir şeydir. 80 milyon əhalisi olan bir ölkədə belə coşğulu bir seçkinin hüzur içində keçirilməsinin qiymətini bilməliyik”. 
 
Ayətullah Xamenei  bildirib ki, İslam Respublikasında müəyyən il və dövrlərdə seçkiləri yenidən keçirməklə yeni nəfəs alır. “Özünü dnüya xalqlarının gözündə və qəlbində daha əzəmətli cilvələndirir və göstərir. Budur ki, seçkilər günü həqiqətən İslam Respublikası üçün bayram, şənlik və çoşqu günüdür”. 
 
Ali Rəhbər bütün icra, araşdırma və təhlükəsizlik orqanlarının ciddi bir şəkildə işlədiyini də qeyd edib: "Aralarında yaranan koordinasiya ilə hərəkət edirlər. Qeyri-qanuni bir iş görməyə çalışan bəzi şəxlər də ola bilər, amma bunlara qarşı diqqətli olunmalıdır”. 
 
Ayətullah Xamenei İran xalqının düşmənlərinin olduğunu vurğulayaraq bildirb ki, düşmənlərin qarşısında millət böyük bir əzmlə, özünə inamla və ciddiyyətli görsənməlidir. “Xalqın birliyi çox önəmlidir. Xalqımızın həm seçkilərdən öncə, həm seçkilər zamanı və həm də seçkilərdən sonra nizam və qanunlara bağlı qalmağı böyük əhəmiyyət kəsb edir. Bu təcrübə İrana qarşı olan bir çox ölkədə yoxdur. Seçkilərdə İran xalqına uyğun olmayan bəzi şeylər deyildi, amma millətin səhnəyə gəlməsi bütün bunları həll edəcək”.
 
Ayətullah Xamenei əlavə edib ki, azadlığı İslam Respublikası bizə verib. “Baxmayaraq ki, bəziləri naşükürlük edir və yaradılmış azad atmosferadan istifadə edir və azadlığı inkar edir. Bu naşükürlükdür. Ölkədə Allaha şükürlər olsun  azad atmosfera yaranıb. Xalqın iştirakına şərait yaranıb, xalqın prezidentin seçiləməsinə təsir atmosferası mövcuddur və bu çox önəmlidir. Regionumuzda Amerika rejiminə bağlı dövlətlərin xalqları bu cür seçkilərin keçirilməsinin həsrətindədir. Onlar üçün bir xəyaldır”.
 
Ayətullah Xamenei bildirib ki, seçkilərdə  müxtəlif namizədlər var. “Hər biri danışır, fikir bildirir və öz tərəfdarları var. Onlardan bir nəfər sonda səs topalaycaq və udacaq. Bu hadisədə hər kim səs toplasa udan tərəf İran xalqıdır və İslam Respublikasıdır”.
 
Ayətullah Xamenei bildirib ki, İranda cümə günü keçirilən seçkilər iki qrupun diqqət mərkəzində olacaq. “Bir tərəfdən Amerika, Avropa, Onların regiondakı əl altısı olan dövlətlər və eləcə də sionist rejim məsul şəxsləri seçkiləri diqqətdə saxlayacaq ki, görsünlər İran xalqı nə qədər ruh yüksəkliyi və nə qədər aktiv seçkilərdə iştirak edir. Digər tərəfdən region xalqları tərif və həsrətlə cümə günü keçirilən seçkiləri diqqətdə saxlayır ki, bir daha İran xalqının əzəmətini və İslam sistemində mövcud olan azadlığı görsün. Bu səbəbdən xalqın zəif iştirakı müxtəlif qərar qəbul etmələrlə nəticələnəcək. Amma əgər xalq ağıla, güclü və aktiv olaraq seçkilərdə iştirak edərsə. qərar qəbuletmə başqa formada olacaq”. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru