İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir». Və onların yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar üçün (aybaşı, xəstəlik və pis xasiyyətdən) pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar. ("Bəqərə" surəsi 25)

İmam Sadiq (ə) buyurur:
“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”



Sel Lənkəranda 10 körpünü dağıdıb, 550 evə ziyan dəyib - VİDEO

Tarix : 05-10-2017 14:44

Lənkəran rayonunda sel bir çox fəsadlar törədib.
"Report"un Cənub bürosunun məlumatına görə, daşqınlar nəticəsində 10-a yaxın körpü dağılıb. 
Bundan başqa, Ələt-Astara avtomobil yolunun Velədi kəndi ərazisindən keçən hissəsində, Lənkərançayın üzərindəki avtomobil körpüsündə dörd yerdə çatlar əmələ gəlib. 
Təbii fəlakətlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətində fövqəladə yığıncaq keçirilib. Bildirilib ki, otyabrın 2-dən etibarən yağan aramsız leysan yağışlar nəticəsində Lənkərançay, Girdəni çayı, Viravul çayı, Boladı çayı, Qumbaşı çayı məcralarından çıxması səbəbindən ətraf əraziləri su basıb. Nəticədə şəhər ərazisi də daxil olmaqla Sütəmurdov, Girdəni, Şovu və Narbağı kəndi ərazilərində 34 evdən sakinlər Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin canlı qüvvəsi və texnikası vasitəsi ilə təxliyə edilərək qohumlarının evinə köçürülüblər.
Əşlə kəndində dəmir-beton konstruksiyalı 1 avtomobil körpusü, Vilvan kəndində 1 piyada körpüsü, Boladi çayının üzərindəki 1 dəmir konstruksiyalı avtomobil körpüsü, Havzova kəndində 1 dəmir konstruksiyalı avtomobil körpüsü dağılıb. Girdəni kəndində Ulumçayın daşması nəticəsində bir məhəlləni magistral yolla birləşdirən körpü dağılıb. Şovu kəndində yeni tikilmiş ikimərtəbəli iki yaşayış evi və ona qədər evin daş hasarını sel suları dağıdıb. “Bəşəru” istirahət mərkəzi və Təngivan kənd ibtidai məktəbini sel suları basıb. Hətta Lerik rayonuna gedən 35 minlik elektrik xətti dirəyini də sel suları aşırıb.
Eyni zamanda dağ kəndlərindən olan Gəgiran, Tuado, Bəliton kəndlərində torpaq sürüşmələri baş verib. Yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Tuado kəndində dəmir-beton konstruksiyalı körpü dağılıb. Gəgiran kəndində bir ev qəzalı vəziyətə düşüb.
Günəhir-Türkəncil yolunun bir neçə yerində də sel suları avtomobil yolunu yuyub. Lənkəran-Lerik avtomobil yolunun 18-ci km-də torpaq sürüşməsi baş verib.
Lənkəran çayının və magistral kollektorun məcradan çıxması nəticəsində şəhər ərazisində 150-dən çox, kəndlərdə isə 400-dən artıq evə və ya təsərrüfata ziyan dəyib, lil kütləsi evlərə dolub.
Lənkərandakı yarımstansiyada baş verən qəza səbəbindən rayon ərazisinin bir çox ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb. Bu istiqamətdə təmir-bərpa işləri aparılsa da, hələlik qəzaları tamamilə aradan qaldırmaq mümkün olmayıb.
Hazırda yağış dayanıb, evlərdən sular çəkilir və fəsadların aradan qaldırılması üçün operativ tədbirlər görülür.

Teqlər : Sel - Lənkəranda - 10 - körpünü - dağıdıb, - 550 - evə - ziyan - dəyib - - - VİDEO -

Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:36
06:56
12:25
18:08
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.