Selin yaratdığı fəsadlar davam edir: Masallıda sakinlər təhlükə ilə üz - üzədir - VİDEO

Selin yaratdığı fəsadlar davam edir: Masallıda sakinlər təhlükə ilə üz - üzədir - VİDEO

Cənub bölgəsində bir neçə gün əvvəl baş verən seldən sonra çayın kənarlarında torpaq axını dayanmır.
 
Masallının Rüdəkəran kəndindən keçən Ulum çayının sahilində yaşayan insanlar təhlükə ilə üz-üzədir. Ərazidə qalınlığı 4 metr olan torpaq qatı uça-uça evlərəə yaxınlaşır.
 
Həyətinin yarısı yoxa çıxan ev sakinləri təhlükəsizliyə görə qohumlarının evinə köçüblər. Kənd sakini Ehtibar Hüseynova məxsus həyətyanı sahənin torpaq qatını çay yuyub aparıb.
 
Çayın sahilindəki meyvə bağları da zərər görüb. Sakinlər deyir ki, təhlükə günbəgün artır.
 
Məsələ ilə bağlı ərazi icra nümayəndəsi Fariz Fərcov ilə əlaqə saxladıq. O bildirdi ki, çayın yuduğu ərazilərə rayon icra hakimiyyəti və Fövqəlada Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Ərazidə selin yaratdığı fəsadlarla bağlı akt tərtib edilərək müvafiq qrumlara göndərilib.(xezerxeber)

Google+ WhatsApp ok.ru