Sel suları Mingəçevirdə fəsadlara səbəb oldu

Sel suları Mingəçevirdə fəsadlara səbəb oldu

Ötən həftə sonu ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, leysan yağışı Mingəçevirdə də fəsadlara səbəb olub. Belə ki, yağıntının həddindən artıq düşməsi sel sularının yaranmasına gətirib çıxarıb.
 
Şəhərin Xaldan şosesi tərəfindən giriş hissəsində salınan “Nəsimi” parkında təbiət hadisəsi nəticəsində çökmə baş verib.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki,  hadisə zamanı xəsarət alan olmasa da, həmin hissədə gediş-gəliş dayandırılıb. Güclü yağışdan sonra axıb gələn sel suları parkın yaşıllıq zolağına, güllər əkilən hissəsinə də təsir göstərib. İstirahət parkının bir hissəsi lil qatının altında qalıb.
 
İnsanların istirahəti üçün təxminən 2 ay öncə istifadəyə verilən parkda 2000-ə yaxın ağac, bəzək kolları, eləcə də gül-çiçək əkilib. “Nəsimi” parkında uşaq əyləncə mərkəzi, böyüklər üçün idman qurğuları, eləcə də  basketbol və mini futbol  meydançaları var. Parkın ümumi sahəsi iki hektara yaxındır.
 
 

Google+ WhatsApp ok.ru