Sel və dağ uçqunu oldu, qatarların hərəkəti dayandırıldı

İranda  güclü yağışlar nəticəsində  çaylarda daşqın olub və dağ uçqunu olub.  
Maide.az xəbər verir ki, daşqınlar və dağ uçqunu nəticəsində  ölkənin  cənub bölgəsi istiqamətində hərəkət edən bütün qatarların hərəkəti dayandırılıb. Buna səbəb isə həmin istiqamətdə dəmir yolu xətlərinin sıradan çıxmasıdır. 
Qeyd edək ki, ötən gündə Tehrandan – Xuzestan əyalətinə gedən qatar 720  sərnişinlə  Ahənrud- Əndimeşk  yolunda relsdən çxımışdı. Sərnişinlərdən xəsarət alan olmasada onlar yolun davamını avtobuslarla  getməli olmuşdular. 
Hazırda dağ uçqunu və daşqınlara görə bağlanın yolun  açılması istiqamətində işlər gedir. 
 

Google+ WhatsApp ok.ru