Seneqalda futbol oyunundan sonra baş verən basırıqda 8 nəfər ölüb

Seneqalda futbol oyunundan sonra baş verən basırıqda 8 nəfər ölüb

Seneqalın paytaxtı Dakarda futbol oyunundan sonra baş verən basırıq nəticəsində ən azı 8 nəfər ölüb, bir neçə tamaşaçının zərər çəkdiyi bildirilir.
 
Basırıq “Stad de Mbur” və “Union sportiv Yakam” arasında Liqa kubokunun final oyununun başa çatdığını bildirən fit səsindən sonra başlayıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb və bu səbəblə iki əlavə hissə oynamaq lazım gəlib. “Stad de Mbur” daha bir qol vuraraq qalib gəlib.
 
Yerli KİV-in məlumatına əsasən, qarşıdurma klubların fanat qruplaşmaları arasında baş verib. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib, bu isə tribunalarda panikanın yaranmasına səbəb olub. Toqquşmalar Dakar küçələrində davam edib. (salamnews) / 

Google+ WhatsApp ok.ru