Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

Ötən həftə Seneqalda baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib. 
 
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
 
Hadisə 24 oktyabrda baş verib. Gəmi Seneqaldan İspaniyaya gedirmiş, lakin mühərriki sıradan çıxdıqdan sonra Dakardan 80 km aralıdakı Mbur sahillərində batıb. Gəmidə 200-ə yaxın qanunsuz miqrant olub.
 
BMqT hadisəni 2020-ci ildə miqrantlarla bağlı baş verən ən böyük faciə adlandırıb.
 
Bundan əvvəl Seneqal  səlahiyyətliləri qəzada 20 nəfərin öldüyünü xəbər verirdi. / salamnews/

Google+ WhatsApp ok.ru