Sensasiyalı iddia: 'İsrail Trampı gizli dinləyirmiş'

Sensasiyalı iddia: 'İsrail Trampı gizli dinləyirmiş'

ABŞ-ın “Politico” qəzeti İsrail kəşfiyyat xidmətinin son iki il ərzində Ağ Ev və Vaşinqtondakı strateji binaların yaxınlıqlarına yerləşdirdiyi cihazlarla ABŞ Prezidenti Donald Tramp və yaxın adamlarını dinlədiyini iddia edib.

 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəzet bu iddianı adını açıqlamadığı 3 sabiq yüksək rütbəli məmurdan təsdiq etdirərək yazıb.
 
Məlumata görə, “StingRay” adlanan cihaz yaxnlıqdakı mobil telefonların kimə aid olduğunu müəyyənləşdirir və səsli zənglərin qeydlərini toplayır. Qəzet bununla bağlı Tramp hökumətinin İsrailə heç bir reaksiya vermədiyini təəccüblü adlandırıb.

Google+ WhatsApp ok.ru