Sentyabrda Bakıda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisinə CAR-dan geniş tərkibli heyət qatılacaq

Sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinə Cənubi Afrika Respublikasından (CAR) geniş tərkibli heyətin qatılması planlaşdırılır.

Bu barədə APA-ya CAR-ın Müdafiə Nazirliyindən məlumat verilib.

Sərgiyə CAR-ın Müdafiə Nazirliyindən və CAR Silahlanma Korporasiyasından (ARMSCOR) yüksək vəzifəli nümayəndə heyətlərinin ziyarətçi qismində qatılması gözlənilir.

“ADEX-2014” sərgisində CAR müdafiə sənayesini 6 şirkət stendlə təmsil edəcək. Sərgidə CAR müdafiə sənayesinin «Denel» və «Paramount Group» kimi böyük şirkətləri ilə yanaşı CSIR, «Rippel Effect», «Truvelo» və EWT SA şirkətləri öz məhsullarını Azərbaycan və region bazarına nümayiş etdirəcəklər.

Google+ WhatsApp ok.ru