Sentyabrın 1-də Romada dünyanın futbol ulduzları sülh matçı keçirəcəklər

müxtəlif dinlərə mənsub olan dünya futbolunun 50 ulduzunun iştirakı ilə

Sentyabrın 1-də İtaliyanın paytaxtı Romada müxtəlif dinlərə mənsub olan dünya futbolunun 50 ulduzunun iştirakı ilə dinlərarası sülhməramlı futbol matçı keçiriləcək. Onların arasında Zinəddin Zidan, Lionel Messi, Françesko Totti, Roberto Bacco, Havyer Dzanetti, Filippo İndzaqi, Kristian Ledesma, Markos Senna, Samuel Eto O, qapıçı Canluici Buffon və başqaları var.

 Romanın Olimpiya stadionunda yerli vaxtla saat 20:45-də başlayacaq oyunda müxtəlif dinlər və mədəniyyətləri təmsil edən futbolçulardan ibarət iki komanda qarşılaşacaq. Onların arasında xristianlar, müsəlmanlar, hindular, buddistlər, yəhudilər və s. olacaq. İtaliya telekanalları oyunun televiziya yayımını aparacaqlar.  

Matçdan qabaq dünyanın məşhur futbolçuları Roma Papasının dəvəti ilə Vatikana səfər edəcəklər. Lakin bu sülhməramlı oyunun təşəbbüskarı olan pontifikin özü matçda iştirak edə bilməyəcək.

Matçın təşkilinə yardımı argentinalı Marselo Sançes Sarondanın rəhbərlik etdiyi Papa Elmlər Akademiyası göstərib. Matçın təşkilatçısı qismində isə Argentina yığmasının və Milanın “İnter” klubunun sabiq kapitanı Havyer Dzanetti çıxış edib. Qarşılaşmanın sponsorları Fiat və Firelli kimi İtaliya sənayesinin nəhəngləri, eləcə də FİFA və İtaliyanın Rai, Ansa və “Vatikan Radiosu” kimi aparıcı KİV-ləridir.

 

Papanın nümayəndəsi Qilyermo Karçeri açıqlamasında bildirib ki, Papa Fransisk hələ Buenos-Ayresin arxiyepiskopu olanda istənilən siyasi və diplomatik yollarla sülhün dəstəklənməsinə bəşəriyyətin diqqətini cəlb etmək məqsədilə belə bir matçın keçirilməsi ideyası ilə çıxış etmişdir.

Papanın Dzanetti ilə bu yay baş tutan şəxsi görüşündə isə bu ideyanın həyata keçirilməsi zərurəti vurğulanıb və bu artıq reallığa çevrilib.

O da bildirilir ki, futbolçular üzərində müxtəlif dillərdə və rənglərdə yazılmış “Sülh” kəlməsi həkk olunmuş köynəklərlə meydana çıxacaqlar. interaz /

Google+ WhatsApp ok.ru