Sentyabrın 15-ə olan hava proqnozu açıqlanıb

Sentyabrın 15-ə olan hava proqnozu açıqlanıb

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
 
Maide.Az xəbər verir ki, Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi  ilə  əvəz olunacaq. 
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  32-34° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
 
Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru