Sepah: ABŞ hərbi donanmasını Fars körfəzinə daxil olmazdan əvvəl yeni dronlarımızla müəyyən etdik

Sepah: ABŞ hərbi donanmasını Fars körfəzinə daxil olmazdan əvvəl yeni dronlarımızla müəyyən etdik

“İran İslam İnqilabının Keşikçilər Korpusunun yerli pilotsuz təyyarələri vasitəsilə Hörmüz Boğazına və Fars Körfəzinə daxil olmazdan əvvəl ABŞ-ın Nimitz təyyarə gəmisini və onu müşayiət edən hərbi gəmiləri müəyyən edə bilib”.

 
Maide.Az xəbər verir ki, bunu İran İnqilabının Keşikçilər Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlireza Təngsiri deyib.
 
O, 188 PUA və helikopterin İİKK-nın Donanmasına qoşulması münasibətilə təşkil edilən mərasimdə əlavə edib ki, İİKK-nın Hərbi Dəniz Qüvvələrinin bütün missiyaları İranın yerli pilotsuz təyyarələri ilə təchiz ediləcək və bu ilhaq İİKK donanmasına dəniz və hava missiyalarını birləşdirmək üçün xüsusi imkan verəcək.
 
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanması sentyabrın 18-də Tvitter səhifəsində Nimitz təyyarə gəmisinin Fars körfəzi sularına daxil olduğunu elan edərək bildirmişdi: “USS Nimitz təyyarə gəmisi, USS raket destroyeri, USS Filippin C və USS Street destroyeri əvvəlcədən planlaşdırıldığı kimi Hörmüz boğazından keçiblər”.

Google+ WhatsApp ok.ru